Erməni müxalifəti yenidən İrəvanın mərkəzində yürüşə başlayıb

 Erməni müxalifəti yenidən İrəvanın mərkəzində yürüşə başlayıb
  04 İyun 2022    Oxunub:890
Ermənistanda “müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.
AzVision.az
xəbər verir ki, müxalifətçilər Maştots prospekti boyunca hərəkət edir.

Onlar hökumət binalarına doğru yürüş edib daha sonra Fransa meydanına tərəf qayıtmağı planlaşdırır.

Xatırladaq ki, “müqavimət” hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

AzVision.az



Teqlər: İrəvan   Yürüş  



Xəbər lenti