İrəvandakı qarşıdurmada 60 nəfər xəsarət alıb
“Aksiya iştirakçıları təşkilatçıların səsləndirdiyi müraciətlərlə polisin qanuni tələblərinə tabe olmayaraq zorakılıq tətbiq etməyə, şüşə, daş, dəmir əşyalar atmağa başlayıb. Bu zaman xüsusi texnikadan istifadə edilməsinə qərar verilib. Yüngül səs-küylü xüsusi avadanlıqdan istifadə olunub”, - məlumatda deyilir.
Bundan əvvəl Səhiyyə Nazirliyi məlumat yayıb ki, iyunun 3-də baş verən toqquşmalarda 39-u polis olmaqla, 60 nəfər xəsarət alıb. Ermənistan İstintaq Komitəsi “kütləvi iğtişaşlar” maddəsi ilə cinayət işi açıb, 13 nəfər saxlanılıb.
AzVision.az
Teqlər: İrəvan Qarşıdurma







Vaxtında, Aydın, Lazımlı!


