Rusiya Xarkovu fosforlu sursatlarla vurdu

   Rusiya Xarkovu fosforlu sursatlarla vurdu
  05 İyun 2022    Oxunub:1312
Rusiya ordusu Xarkov yaxınlığındakı Çerkassı Tişki kəndini atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının iyunun 5-nə olan səhər xülasəsində məlumat yer alıb.

“Rus işğalçıları Çerkassı Tişki qəsəbəsi ərazisində fosforlu sursatlardan istifadə ediblər. Xarkov istiqamətində düşmən bölmələri əsas səylərini öz mövqelərini saxlamaq və qoşunlarımızın dövlət sərhədinə daha da irəliləməsinin qarşısını almağa çalışır" - Baş Qərargahdan bildiriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti