Nazarbayevlə Tokayev səs verdilər

   Nazarbayevlə Tokayev səs verdilər
  05 İyun 2022    Oxunub:1269
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səs veriblər.
AzVision.az xəbər verir ki, Nazarbayevin mətbuat katibi Aidos Ukibay Tviterdə eks-prezidentin seçki qutusunun yanında çəkilmiş şəklini paylaşıb.

“Nursultan Nazarbayev ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsinə səs verib”, - o yazıb.

Tokayev öz seçimini Nur-Sultan şəhərində, yeni Məktəblilər Sarayında yerləşən 59 saylı seçki məntəqəsində edib.

AzVision.az


Teqlər:



Xəbər lenti