İtlərin hücumuna məruz qalan şairin atdan yıxılma anı - VİDEO

  İtlərin hücumuna məruz qalan şairin atdan yıxılma anı -   VİDEO
  06 İyun 2022    Oxunub:9928
Nəğməkar-şair Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət almasının görüntüləri yayılıb.
AzVision.azxəbər verir ki, kadrlardan göründüyü kimi, hadisə itlərin Qurbanovun atına hücum etməsi nəticəsində baş verib. At hürkdüyündən şairi yerə çırpıb.

Qeyd edək, C.Qurbanov hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.


***
Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

AzVision.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya onun yaxınları bildiriblər.

Məlumata görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib. C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti