Şəkidə turist avtobusu dərəyə aşdı - Yaralılar var

   Şəkidə turist avtobusu dərəyə aşdı -    Yaralılar var
  05 İyun 2022    Oxunub:1791
Şəki şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.
AzVision.azReport- a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gileyli məhəlləsi adlanan ərazidə, "Mustafabəy" istirahət mərkəzinə gedən yolda qeydə alınıb.

Belə ki, içərisində 25 nəfər turistin olduğu "Hyundai" markalı avtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtobusda olan xeyli sayda turist xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralıların Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti