FHN Şəkidəki qəza ilə bağlı məlumat yaydı

   FHN Şəkidəki qəza ilə bağlı məlumat yaydı
  05 İyun 2022    Oxunub:806
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:



Xəbər lenti