12 yaşlı oğlan dənizdə boğuldu

12 yaşlı oğlan dənizdə boğuldu
  05 İyun 2022    Oxunub:2200
12 yaşlı yeniyetmə dənizdə boğulub.
Bu barədə AzVision.az FHN-ə istinadən xəbər verir.

Məlumata görə, nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti