Ukrayna müharibəsində 262 uşaq ölüb

   Ukrayna müharibəsində 262 uşaq ölüb
  06 İyun 2022    Oxunub:1151
Rusiyanın Ukraynaya bir neçə aydır davam edən hücumu nəticəsində 729-dan çox uşaq xəsarət alıb.
Baş Prokurorluğun məlumatına görə, müharibə zamanı 262 uşaq ölüb, 467-dən çox azyaşlı yaralanıb.

Qeyd edilir ki, bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatlarının aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə rəqəmlərin dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.

Ən çox uşaq Donetsk vilayətində (189 azyaşlı), Kiyevdə (116 nəfər), Xarkovda (112), Çerniqovda (68), Luqanskda (53), Xersonda (52), Nikolayevdə (47), Zaporojyedə (29), Sumıda (17), Kiyevdə (16), Jitomirdə xəsarət alıb.

AzVision.az



Teqlər: ukrayna  



Xəbər lenti