Britaniya parlamenti Consona etimadsızlıq göstərə bilər
Mövcud qaydalara görə, belə bir səsvermənin baş tutması üçün İcmalar Palatasında yer alan mühafizəkar deputatların 15%-nin bunu tələb etməsi lazımdır.
Əslində isə Consonun etibarını itirməsi ilə bağlı verilən bəyanatların dəqiq sayı rəsmən məlum deyil. Dəqiq məlumatı yalnız ənənəvi olaraq bunu gizli saxlayan 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bilir. Komitə sıravi, hökumtədə təmsil olunmayan mühafizəkar deputatları birləşdirir və prosedura yalnız onun başlamaq hüququ var.
İyunun 6-da deputatlar məzuniyyətdən qayıtdıqdan sonra Bredi verilən sorğuları hesablamalıdır. Əgər 54-dən çox olarsa, bu barədə Baş nazirə məlumat verəcək. Beləliklə də, Consona etimad səsverməsi artıq iyunun 8-də keçirilə bilər.
Bu halda baş nazirə sadə səs çoxluğu (180 və daha çox) lazım olacaq, bundan sonra o, ən azı bir il ərzində oxşar demarşın təkrarlanmasından sığortalanacaq.
AzVision.az
Teqlər: Britaniya







Vaxtında, Aydın, Lazımlı!


