Paşinyan Lavrova görə müxalifətin çadırlarını sökdürür

   Paşinyan Lavrova görə    müxalifətin çadırlarını sökdürür
  06 İyun 2022    Oxunub:941
Ermənistanda siyasi gərginlik davam edir. Bir aydan çoxdur ki, vətəndaş itaətsizliyi aksiyaları elan edən müxalifətin "Müqavimət" hərəkatı uzun müddətdir ki, Fransa meydanında çadırlar qurub.
Ermənistanda 2 500-ə yaxın müxalifətçi polis bölmələrindədir
Bu gün isə məlum olub ki, artıq ölkə rəhbərliyi bu çadırların ləğv olunması ilə bağlı tapşırıqlar verib.

Bu barədə məlumat yayn parlamentin “Hayastan" fraksiyasının deputatı Aqnes Xamoyan deyib ki, “fəaliyyətini müxalifətin gündəminə uyğunlaşdırmaq məcburiyyətində qalan Nikol artıq mitinq və yürüşün planlaşdırılmadığını görüb, başına “kepka” qoyaraq binadan çölə çıxıb. O, 200-ə yaxın təhlükəsizlik əməkdaşının müşayiəti altında gücləndirilmiş təhlükəsizlik rejimi ilə gəzib".

- Hakimiyyət 2018-ci ilin eyforiya şərabından məst olub. Bir səhər ayılacaqlar, reallığa qayıdacaqlar. Məndə olan məlumata görə, Nikol Volodin (Rusiya Dövlət Dumasının spikeri-red.) və Sergey Lavrovun gəlişi ilə əlaqədar polisə tapşırıq verib ki, Fransa meydanındakı çadırları söksünlər. Nikol, bir şeyi anlamalısan ki, fərqi yoxdur “Place de France”da çadırlar qalacaq, ya yox. Ölkədə siyasi böhran dərinləşir və bundan sonra da dərinləşəcək. Onlar sənin istefana səbəb olacaq,- deputat deyib.

Xatırladaq ki, iyunun 10-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müxalifət   Paşinyan  



Xəbər lenti