Zəvvarların olduğu avtobus dərəyə aşıb: 25 ölü

Zəvvarların olduğu avtobus dərəyə aşıb:    25 ölü
  06 İyun 2022    Oxunub:733
Hindistanın Uttarakhand ştatında zəvvarları daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində azı 25 nəfər həyatını itirib.
Belə ki, qəza Himalay dağlarının ətəyində yerləşən və hindlilərin müqəddəs hesab etdikləri Yamunotri şəhərinə gedərkən yolda baş verib. Hadisə yerinə polis və fövqəladə hallar xidmətinin xilasetmə qrupları cəlb ediliblər.

Qəza ilə əlaqədar Hindistanın daxil işlər naziri Amit Şah həlak olan şəxslərin yaxınlarına başsağlığı verib.

AzVision.az



Teqlər: Zəvvar  



Xəbər lenti