“Azərişıq” ödənişləri ilə bağlı yenilik

   “Azərişıq” ödənişləri ilə bağlı yenilik
  06 İyun 2022    Oxunub:1185
“Abonentlərə geniş tarixçənin verilməsi xidmətinin onlayn olması onlara aylıq, illik hesabatlarını özlərinin görməsinə şərait yaradacaq”.
Bu fikirləri “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Həmidov deyib. O bildirib ki, bununla da bəzən abonentlər ödənişlərin sistemə oturub-oturmaması ilə bağlı ardıcıllığı görə biləcəklər.

“Eyni zamanda elektron portalda onlayn müraciət və müqavilələrin imzalanması da həyata keçiriləcək. Abonentlər “ASAN imza” vasitəsilə müqavilələrinin imzalanmasını həyata keçirə bilərlər” - deyə Q.Həmidov qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti