Tələbə krediti alan tələblərin sayı açıqlandı

   Tələbə krediti alan tələblərin sayı açıqlandı
  06 İyun 2022    Oxunub:1872
"Bu günə qədər təhsil tələbə krediti alan tələbələrin sayı 6 mindən çoxdur".
AzVision.az xəbər verir ki, Bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. O bildirib ki, hazırda yaz sessiyası üzrə təhsil tələbə kreditinin verilməsi davam edir.

"İlin sonunda kredit alan tələbələrin sayı 20 minə yaxın olacaq: "Azərbaycanda tələbələr təqaüd sistemi ilə də əhatə olunur. Tələbələrin, təxminən, 50 faizi təqaüd alır".

AzVision.az



Teqlər:



Xəbər lenti