Ukraynada müharibədə 32 jurnalist öldürülüb

   Ukraynada müharibədə 32 jurnalist öldürülüb
  06 İyun 2022    Oxunub:780
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 32 jurnalist öldürülüb. Bu barədə mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, bu gün gecə-gündüz işləyən jurnalistlər qəhrəmandır.

"Biz hibrid müharibəsi aparırıq, dünya tarixində ilk belə irimiqyaslı müharibədir və bu gün sizin rolunuz əvəzsizdir. Sizin məsuliyyətiniz, fədakarlığınız, əzmkarlığınız və cəsarətiniz kimi", - Tkaçenko əlavə edib.

O qeyd edib ki, hazırda vahid xəbər marafonunun vahid cəbhəsində çalışan müxtəlif media qruplarının jurnalistləri digər məsələlərlə yanaşı, danışıqlar aparmaq, əməkdaşlıq etmək bacarığını nümayiş etdirib və bununla da vahid əsas məqsədi - qələbəni hər şeydən uca tutublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti