Çavuşoğlu: "Azərbaycan üzərinə böyük məsuliyyət götürüb"

      Çavuşoğlu:    "Azərbaycan üzərinə böyük məsuliyyət götürüb"
  06 İyun 2022    Oxunub:1289
Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk. Bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə söyləyib. Onun sözlərinə görə, Türkiyə energetika və logistikanı müzakirə etmək məqsədilə Qazaxıstan və Türkmənistanla üçtərəfli iclas keçirəcək.

Nazir xatırladıb ki, iyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Çavuşoğlu əlavə edib ki,rəsmi Ankara Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

AzVision.az



Teqlər: Türkiyə  



Xəbər lenti