Deputat: “Ölkədə dərmanların qiyməti süni formada qaldırılır”

      Deputat:    “Ölkədə dərmanların qiyməti süni formada qaldırılır”
  06 İyun 2022    Oxunub:802
“Ölkədə dərmanların qiyməti süni formada qaldırılır”.
Bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası” ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

“Ölkəyə dərman gətirənlər bir qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar. Bundan sonra ölkəyə eyni qiymətə həmin dərmanın 0,5 qramlığı gətirilir. Onu istifadə edən xəstə məcbur olur ki, həmin qiymətə o dərmandan ikisini alsın”, - deyə R.Quliyev bildirib.(Report)

AzVision.az


Teqlər: Dərman  



Xəbər lenti