KİV: Rusiya və Türkiyə Ukraynadan taxıl ixracı üçün razılığa gəliblər

      KİV:    Rusiya və Türkiyə Ukraynadan taxıl ixracı üçün razılığa gəliblər
  06 İyun 2022    Oxunub:1170
Rusiya və Türkiyə kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın Qara dəniz vasitəsilə Odessa vasitəsilə daşınmasını bərpa etmək barədə ilkin razılığa gəliblər, lakin Kiyev bu plana şübhə ilə yanaşır.
Bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Türkiyə Odessa limanının akvatoriyasını minalardan təmizləmək və BMT-nin himayəsi altında taxılla yüklənmiş gəmiləri müşayiət etmək üçün Ukraynaya yardım təklif edib.

Lakin Kiyev Odessanın müdafiəsiz qalacağından və hücum obyektinə çevrilə biləcəyindən ehtiyat edir. Mənbələr vurğulayıblar ki, Ankara öz növbəsində Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qorxularını dəf edəcək layihə üçün BMT-nin dəstəyinə ümid edir.

Türkiyə həmçinin İstanbulda resyləri izləmək və koordinasiya etmək üçün xüsusi mərkəz yaratmağı planlaşdırır. Bu arada, agentliyin məlumatına görə, Rusiya Ukraynaya gedən gəmilərin göyərtəsində silah olub-olmadığını yoxlamaq hüququnda israrlıdır. Kiyev bu cür yanaşmanın əleyhinədir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Taxıl  



Xəbər lenti