İlon Mask “Twitter”i almaqdan imtina edə bilər

   İlon Mask    “Twitter”i almaqdan imtina edə bilər
  06 İyun 2022    Oxunub:1061
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Twitter” şirkətinin rəhbərliyi ona eyniadlı sosial şəbəkədə spam hesabların və saxta hesabların sayı barədə məlumat verməsə, sosial şəbəkəni almaqdan imtina edə bilər.
Bu barədə “Reuters” agentliyi şirkətin iş adamının vəkillərinin göndərdiyi məktuba istinadən məlumat yayıb. Məktubda “Twitter”in öz öhdəliklərini pozduğu iddia edilir və qeyd olunub ki, Mask şirkəti satın almaq üçün müqaviləni ləğv etmək hüququnu özündə saxlayır.

Amerikalı milyarder hesab edir ki, “Twitter” alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən açıq-aşkar imtina edir və bu, Maskın bu məlumatların təhlilinin nə göstərəcəyi ilə bağlı narahatlığa görə şirkətin tələb olunan məlumatları gizlətdiyinə dair əlavə şübhələr yaradır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Tvitter  



Xəbər lenti