Britaniyada meymunçiçəyinə yoluxanların sayı 300-ü keçdi

Britaniyada meymunçiçəyinə yoluxanların sayı 300-ü keçdi
  06 İyun 2022    Oxunub:1011
Böyük Britaniyada meymunçiçəyi virusuna yoluxma hallarında artım müşahidə olunub.
AzVision.az Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinə istinadla bildirir ki, 77 yeni yoluxma faktı qeydə alınıb və bununla ümumi yoluxma sayı 302-yə çatıb. Yoluxma hallarının 287-si İngiltərədə, 10-u Şotlandiyada, 3-ü isə Uelsdə və 2-si Şimali İrlandiyada aşkarlanıb.

Meymun çiçəyi xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Britaniya  



Xəbər lenti