Hindistan 9,8 milyardlıq silah və hərbi texnika alacaq

   Hindistan 9,8 milyardlıq silah və hərbi texnika alacaq
  06 İyun 2022    Oxunub:920
Hindistanın Müdafiə Nazirliyi ümumilikdə 764 milyard rupi (9,8 milyard dollar) dəyərində silah və hərbi texnikanın alınmasını təsdiqləyib.
Bu barədə “The Hindu” məlumat yayıb. Bütün vəsait Hindistanın hərbi texnika istehsalçılarına veriləcək. Vəsaitin demək olar ki, yarısı Hindistan Hərbi Dəniz Qüvvələrinin öz dizaynına uyğun olaraq tikiləcək yeni nəsil korvetlərin (NGC) alınmasına gedəcək.

Eyni zamanda Hindistan istehsalı olan “Dornier” təyyarələri, Su-30MKI qırıcıları üçün yerli istehsal mühərrikləri, körpü layları, yükləyicilər, tank əleyhinə sistemləri olan piyada döyüş maşınları, düşmənin zirehli texnikasını aşkar etmək üçün mobil radarlar alınacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti