Tusk: “Ukraynadan Polşaya taxıl tədarükü fermerlərə zərər verə bilər”

      Tusk:    “Ukraynadan Polşaya taxıl tədarükü fermerlərə zərər verə bilər”
  06 İyun 2022    Oxunub:1077
Polşanın keçmiş baş naziri və ən böyük müxalifət partiyası “Vətəndaş Platforması”nın lideri Donald Tusk Ukraynadan ölkəyə irimiqyaslı taxıl tədarükündən narahatlığını bildirib.
O, bu barədə ölkənin qərbində seçicilərlə görüşündə bildirib. “Gözlənilməz rəqabətlə bağlı narahatlıqlar var. Problem qarğıdalı tədarükündədir, amma ümumilikdə söhbət Ukraynadan gələn taxıldan gedir”-deyə, o bildirib.

Tuskun qeyd etdiyi kimi, hərbi əməliyyatlar, limanların blokadası səbəbindən Ukraynadan digər ölkələrə bir çox yüklər Polşadan keçir: “Təəssüf ki, polşalı fermerlərin nöqteyi-nəzərindən bu, o deməkdir ki, bu taxılın və qarğıdalının bir hissəsi burada, Polşada xeyli aşağı qiymətə satılacaq.

Biz hamımız Ukraynaya kömək etmək istəyirik, bu, müzakirə olunmur. Amma bunu elə təşkil etmək lazımdır ki, Ukraynaya yardım polşalı fermerlər üçün çox həssas itkilər demək olmasın. Hakimiyyət bu gözlənilməz problemi nəzərə almalıdır. Biz kömək etmək istəyirik, amma xalqımızın da qayğısına qalmalıyıq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti