Bərdəyə yeni polis rəisi təyin edildi

   Bərdəyə yeni polis rəisi təyin edildi
  07 İyun 2022    Oxunub:2246
Bərdə Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
AzVision.az -ın məlumatına görə, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Bərdə Rayon Polis Şöbəsinin rəisi Muradəli Babayev isə tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə təyin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti