Qazaxıstanın prezidenti Azərbaycana gələcək

   Qazaxıstanın prezidenti Azərbaycana gələcək
  07 İyun 2022    Oxunub:1572
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.

AzVision.az xəbər verir ki, bunu Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
Onun sözlərinə görə, səfər zamanı bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır.

“Səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlər də imzalanacaq", - deyə səfir qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti