İrəvanda KTMT XİN başçılarının növbəti iclası keçiriləcək

 İrəvanda KTMT XİN başçılarının növbəti iclası keçiriləcək
  07 İyun 2022    Oxunub:1560
İyunun 10-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə KTMT-nin baş katibi Stanislav Zasın iştirak edəcəyi KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, diplomatik departamentlərin rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini və onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər.

Xarici İşlər Nazirləri Şurasının üzvlərinə təşkilatın müasir geosiyasi reallıqlarda böhrana reaksiya mexanizminin təkmilləşdirilməsi istiqamətində Katiblik və KTMT Birgə Qərargahı tərəfindən həyata keçirilən işlər barədə məlumat veriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti