"ASAN xidmət"də 4000-ə yaxın şəhid ailəsinə xidmət göstərilib

"ASAN xidmət"də 4000-ə yaxın şəhid ailəsinə xidmət göstərilib
  07 İyun 2022    Oxunub:851
Bu günə qədər “ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralanan 4098 nəfər və 3943 şəhid ailəsi üzvü növbə gözləmədən xidmət alıb.
Bu barədə AzVision.az - a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, həmin kateqoriyadan olan şəxslərin ümumilikdə 8041 müraciəti təmin edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti