Bolqarıstan Ukraynanın hərbi texnikasını təmir edəcək

   Bolqarıstan Ukraynanın hərbi texnikasını təmir edəcək
  07 İyun 2022    Oxunub:911
Bolqarıstan hərbi texnikanın təmiri ilə bağlı Ukrayna qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, lakin onu silahla təchiz etməyi planlaşdırmır.
Bu barədə keçirdiyi brifinqdə Bolqarıstanın Baş naziri Kiril Petkov bildirib. Petkov qeyd edib ki, Bolqarıstan Ukraynaya yaxşı səviyyədə yardım edir:

“Biz başqa yerdə bərpa oluna bilməyən texnikanı təmir edəcəyik - söhbət ciddi çaplı hərbi maşınlardan gedir. Rusiyaya qarşı sanksiyalarla bağlı bütün tədbirləri dəstəklədik, düşünürəm ki, Bolqarıstan bu istiqamətdə kifayət qədər işlər görülüb”, - deyə o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: Bolqarıstan  



Xəbər lenti