Qabrielyanın meyiti Rusiyanın ucqar bölgəsində tapıldı

   Qabrielyanın meyiti Rusiyanın ucqar bölgəsində tapıldı
  07 İyun 2022    Oxunub:1318
İyunun 6-ı axşam saatlarında VK-nın baş direktorunun birinci müavini Vladimir Qabrielyanın idarə etdiyi maşın qəza törədib. Nəticədə maşında olan şəxslər dənizə düşüblər.
Qabrielyanın həyat yoldaşı və digər şəxs sahilə çıxa biliblər. 3 nəfər isə yoxa çıxıb. Bu gün Rusiya mediası artıq 2 meyidin tapıldığını yazıb. Qeyd edilir ki, xilasedicilər Nenets rayonunun Şoyna kəndi yaxınlığında məlum qəzada həlak olanların cəsədlərini aşkar ediblər.

"Müstəntiqlər bu çətin relyefli əraziyə uçublar bə ölənlərin cəsədləri helikopterlə Naryan-Mara çatdırılacaq, orada meyitlərin şəxsiyyətinin müəyyəne dilməsi üçün və məhkəmə-tibbi ekspertizası aparılacaq", - saytlar yazıb.

Bildirilir ki, digər şəxs satınalma şirkətinin direktoru Sergey Merzlyakovdur.
Qəza isə əsasən tayqa zonasında istifadə olunan və quruda, bataqlıqda, suda, buzda hərəkət edə bilən xüsusi maşınlatörədilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Meyit  



Xəbər lenti