Türkiyə Ukrayna taxılını endirimlə alacaq

   Türkiyə Ukrayna taxılını endirimlə alacaq
  07 İyun 2022    Oxunub:1265
Türkiyə hakimiyyəti Ukraynadan taxılı 25%-dən çox endirimlə almaq niyyətindədir.
Bunu Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi bildirib. Onun sözlərinə görə, Ankara Ukrayna limanlarından taxıl ixracının qarşısının alınması üçün fəal diplomatik səylər göstərir.
“Ukrayna ilə taxılın 25%-dən çox endirimlə alınması ilə bağlı razılıq əldə olunub. Bununla belə, onlar təhlükəsizlik və məhsulların ixracı baxımından dilemma ilə üzləşib və Türkiyənin bu prosesdə arbitr rolunu oynamasını istəyirlər. Həm Rusiya, həm də Ukrayna bizə güvənir”.

O qeyd edib ki, bu həftə Türkiyədə Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına həsr olunmuş iki mühüm görüş keçiriləcək. Onlardan biri İstanbulda Rusiya Federasiyası, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna taxılının dəniz yolu ilə daşınması üçün müşahidə mərkəzinin yaradılmasına həsr olunacaq.

“Taxıl dəhlizi”nin yaradılması məsələləri bu gün Ankarada Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən də müzakirə olunacaq.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Taxıl  



Xəbər lenti