Ermənistanda "Kamaz" aşıb: 11 əsgər xəstəxanaya yerləşdirilib

                  Ermənistanda "Kamaz" aşıb:    11 əsgər xəstəxanaya yerləşdirilib
  07 İyun 2022    Oxunub:1253
Ermənistanda hərbçiləri daşıyan yük maşını qəza törədib. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.
200 dollara casusluq edən erməni hərbçi saxlanıldı - VİDEO
Qeyd edilir ki, "Kamaz" markalı maşın Vayots Dzor bölgəsində İrəvan-Meqri avtomobil yolunda böyük qəza törədib.

"Mənbəmizin veridyi məlumata görə, bu gün saat 10:40 radələrində Müdafiə Nazirliyinin balansında olan yük maşını naməlum şəraitdə aşıb. Qəza nəticəsində avtomobildə olan 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda polis əməkdaşları, istintaq orqanları və Müdafiə Nazirliyinin hərbi polisinin nümayəndələri hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Əsgər   Qəza  



Xəbər lenti