Azərbaycanda daha bir azyaşlı qızı ərə verirlər

   Azərbaycanda daha bir azyaşlı qızı ərə verirlər
  07 İyun 2022    Oxunub:1264
Azərbaycanda regionlardan birində daha bir erkən nikaha cəhd qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb:

“Bu dəfə, deyilənə görə, keçirilməsinə “xeyir-dua”nı polis verib. Düzü, buna inanmıram. Amma hər ehtimala qarşı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləyək”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti