Avropa ölkələri Krımın Ukraynaya qaytarılmasında israrlı deyillər

   Avropa ölkələri Krımın Ukraynaya qaytarılmasında israrlı deyillər
  07 İyun 2022    Oxunub:1477
Rusiya prezidenti Vladimir Putinlə dialoqda olan rəsmi Roma, Paris və Berlin danışıqlarda israrlıdır, lakin Rusiyanın Krımı Ukraynaya qaytarmasında deyil.
Bu barədə “The American Conservative” jurnalındakı məqalədə bildirilib. “İtaliya, Fransa və Almaniya Putinlə təmasdadır. Hamı danışıqlarda israrlıdır. Heç kim Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzən tələb etdiyi şeydə israr etmədi: 2014-cü ildən bəri Rusiya tərəfindən ilhaq edilən Krımın Ukraynaya qaytarılması”,- məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, ABŞ-ın da maraqları Ukraynanın maraqları ilə üst-üstə düşmür: “Bununla bağlı ABŞ və NATO Ukraynanı müdafiə etmək və döyüş meydanında rusları məğlub etmək üçün silahla təmin etməyə hazırdır, lakin nə NATO, nə də ABŞ ukraynalılar üçün döyüşməyə hazır deyil”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti