Şeyx Həcc ziyarətinə gedəcək? – AÇIQLAMA

   Şeyx Həcc ziyarətinə gedəcək? –    AÇIQLAMA
  07 İyun 2022    Oxunub:1507
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbulu başa çatıb və Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilən 680 nəfərlik kvota tam dolub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri AzVision.az -a açıqlamasında bildirib ki, builki Həcc ziyarətində Şeyxülislam Allahşükür Paşazadə olmayacaq:
“Şeyxülislam artıq uzun müddətdir ki, Həcc ziyarətinə getmir. Əvvəllər gedirdi. Onun müavinləri Həcc ziyarətinə gedəcək qruplara rəhbərlik edəcək. Hansı müavinlərin getməsi hələ dəqiqləşdirilməyib”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın tələblərinə əsasən 20.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir. Zəvvarlar Krallığa daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. Həcc ziyarətinin builki qiyməti 9 106 manat müəyyən olunub.

Xatırladaq ki, Həcc ziyarətinə zəvvar qrupunun səfəri iyunun 29-u, 30-u və iyulun 1-i və 2-si tarixərində olacaq.

Aytən Zəhra
AzVision.az




Teqlər:



Xəbər lenti