Cəzaçəkmə müəssisəsində insident olub? - AÇIQLAMA

   Cəzaçəkmə müəssisəsində insident olub? -    AÇIQLAMA
  07 İyun 2022    Oxunub:777
Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib.
Bunu AzVision.az -a açıqlamasında Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

O bildirib ki, yayılan məlumatlar tam yalandır.

"Hansısa sayt yalan məlumat yayıb. Biz həmin sayt rəhbəri ilə əlaqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb", - M. Sadıqov deyib.

Qeyd edək ki, bu gün KİV-də Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub.

AzVision.az


Teqlər:



Xəbər lenti