Dövlət Bahçeli: “Türkiyədə erkən prezident seçkiləri olmayacaq”

     Dövlət Bahçeli:    “Türkiyədə erkən prezident seçkiləri olmayacaq”
  07 İyun 2022    Oxunub:1484
Türkiyədə prezident seçkiləri 2023-cü ildə keçiriləcək. Erkən seçkilər olmayacaq. AzVision.az xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli parlamentə çıxışı zamanı deyib.
“Seçkilər 2023-cü ildə keçiriləcək, demokratiyanın bayramı, respublikanın gözəl qələbəsi olacaq. Xalq prezident seçəcək, Rəcəb Tayyib Ərdoğan ona çevriləcək”-deyə, o bildirib.

Müxalifət dəfələrlə Türkiyədə növbədənkənar seçkilərin keçirilməsini tələb edib, lakin hakimiyyət cavab olaraq onların təyin edildiyi kimi - gələn ilin iyununda keçiriləcəyini bildirir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti