İspaniyada yeməkləri tullayan restoranlar cərimələnə bilər

   İspaniyada yeməkləri tullayan restoranlar cərimələnə bilər
  07 İyun 2022    Oxunub:1101
İspaniya hökuməti yeməkləri tullayan restoran və supermarketlərə cərimə tətbiq edən qanun layihəsini təsdiq edəcək.
Bu barədə “El Pais” qəzeti məlumat yayıb. Qeyd olunub ki, İspaniyada ev təsərrüfatları ildə təxminən 1,3 milyard kq, yəni adambaşına orta hesabla təxminən 31 kq ərzaq atırlar.

Krallığın Nazirlər Kabineti bu tendensiya ilə mübarizə aparmaq niyyətindədir və ərzaq itkilərinin qarşısının alınması ilə bağlı qanun layihəsini təsdiq etmək istəyir. Təşəbbüs qida zəncirinin bütün iştirakçılarından israfçılığın qarşısını almaq üçün plan hazırlamağı tələb edir. Qaydalara əməl etməyən barlar, restoranlar və supermarketlər cərimələnə bilər.

Xüsusilə, hökumət məhsulları atmazdan əvvəl istifadəsinə üstünlük verməyi təklif edir. Beləliklə, qidaları qida banklarına köçürmək mümkündür. Müəssisələr bu cür təşkilatlarla məhsulların toplanması, saxlanması və daşınması şərtlərini müəyyən edən müqavilələr imzalamalı olacaqlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Yemək  



Xəbər lenti