Nazir: “Ölkələr əlavə qaz üçün Azərbaycana müraciət edir”

      Nazir:    “Ölkələr əlavə qaz üçün Azərbaycana müraciət edir”
  07 İyun 2022    Oxunub:1482
“Azərbaycan Türkiyəyə 19 milyard dollar sərmayə qoyub. Bunun 17 milyard dolları enerji sahəsinə aiddir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində söyləyib. Nazir bildirib ki, Ukraynadakı müharibə ilə bağlı Avropada çox ciddi enerji böhranı yaranıb:

“Təbii qazın Cənub Qaz Dəhlizi ilə Avropaya daha çox nəqli üçün çoxlu müraciətlər daxil olur. Bu gün ölkələr Azərbaycana müraciət edir, əlavə təbii qaz tələb edir. Bu infrastruktur layihələrimiz vaxtilə böyük çətinliklərin öhdəsindən gəlinərək həyata keçirilib.

Çünki vaxtilə o qərarlar veriləndə bir çox ölkələrin ərazisindən keçərkən çox böyük müqavimət və çətinliklər olub. Lakin bunların öhdəsindən gəlinib və layihələr həyata keçib. Məhz bunun sayəsində Türkiyə və Azərbaycanın iqtisadiyyatının inkişafı, xalqlarımızın rifahının yüksəldilməsi həm də bu böhran durumunda digər qonşu ölkələrə yardım etmə imkanı var”.

AzVision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti