Avropa İvanişvilini "qara siyahı"ya sala bilər

   Avropa İvanişvilini "qara siyahı"ya sala bilər
  07 İyun 2022    Oxunub:1384
Avropa Parlamenti Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edə bilər.
AzVision.az xəbər verir ki, layihə qurumun ən iri fraksiyası - Avropa Xalq Partiyası tərəfindən hazırlayıb. Partiya B.İvanişvilini ölkənin demokratik sistemini sarsıtmaqda ittiham edir.

Sənəddə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsdən azad edilməsinə çağırış, KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin qorunması da yer alıb.

AzVision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti