İngiltərədən Rusiyaya daha bir qadağa

         İngiltərədən Rusiyaya daha bir qadağa
  07 İyun 2022    Oxunub:1571
Futbol üzrə İngiltərə çempionatının 2022-2023 mövsümü Rusiyada göstərilməyəcək. xəbər verir ki, artıq "Premyer Liqa" "Match TV" yayımçısı ilə müqaviləyə xitam verəcəyi dəqiqləşib.
"Daily Mail"in məlumatına görə, iyunun 9-da İngiltərə "Premyer Liqası"nın rəhbərliyi fövqəladə iclas keçirərək orada Ukraynada müharibəyə səbəb olan bir ölkədə futbol yayımından imtina ilə bağlı qərar verəcək.

Xatırladaq ki, Rusiya holdinqi dünyanın öndə gedən futbol çempionatlarından olan İngiltərə "Premyer Liqası"nın oyunlarının yayım hüququnu ötən ilin iyulunda alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Futbol  





Xəbər lenti