Rusiya qoşunlarını Zaporojyenin iki rayonundan Xersona doğru çıxarır

  Rusiya qoşunlarını Zaporojyenin iki rayonundan Xersona doğru çıxarır
  07 İyun 2022    Oxunub:1347
Rusiya qoşunlarını Zaporojye vilayətinin Melitopol və Vasilyevski rayonlarından Xersona doğru çəkməyə başlayıb. Ola bilsin ki, bunu rotasiya çərçivəsində edirlər. AzVision.az xəbər verir ki, bunu Zaporojye Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Starux bölgədəki vəziyyət barədə məlumat verərkən deyib.
Təkbaşına 2,5 kilometrdən hərbi kolonu məhv etdi - VİDEO
Onun sözlərinə görə, ruslar Xerson istiqamətində hərəkət edirlər.

Starux qeyd edib ki, onlar Zaporojye vilayətinin şərqində daha da irəliləmək cəhdlərindən əl çəkmirlər.

- Hərbçilərimizin düşmənə layiqli cavab verdiyi demarkasiya xəttində aktiv döyüş əməliyyatları davam edir. Orexovo, Qulyaipole, Kamışevaxa və yaxınlıqdakı yaşayış məntəqələrində toqquşmalar gedir, ərazi davamlı atəşə tutulur, - Starux deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Qoşun  



Xəbər lenti