Kamerun Prezidenti İlham Əliyevi təbrik edib

   Kamerun Prezidenti İlham Əliyevi təbrik edib
  07 İyun 2022    Oxunub:968
Kamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.

Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.

Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin".

AzVision.az



Teqlər:



Xəbər lenti