Peskov NATO-nun Türkiyə təlimlərindən danışdı

Peskov NATO-nun Türkiyə təlimlərindən danışdı
  07 İyun 2022    Oxunub:1196
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla NATO-nun Türkiyədəki təlimlərini müzakirə etməyib.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

- Xeyr, bu mövzu müzakirə olunmayıb, hər bir təlim böyük diqqətlə izlənilir. Amma Türkiyə əslində Şimali Atlantika Alyansının üzvüdür, biz bu sahədən yaxşı xəbərdarıq, - Peskov deyib.

Xatırladaq ki, Türkiyənin Müdafiə Nazirliyi NATO-nun 20-28 iyun tarixlərində "Ramstein Dust II-2022" təlimlərinin keçiriləcəyini açıqlamışdı. Təlimlər Türkiyənin Konyadakı 3-cü əsas reaktiv bazasında keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Türkiyə   NATO  



Xəbər lenti