“Bakıya gedəcəyimə görə sevinirəm !"

 “Bakıya gedəcəyimə görə sevinirəm !"
  07 İyun 2022    Oxunub:1024
“McLaren” komandasının yürüşçüsü Lando Norris Formula 1Azərbaycan Qran-Prisini nikbinliklə gözləyir. İspaniya və Monako mərhələlərində həm rəqibləri ilə, həm də angina və onun nəticələri ilə mübarizə aparmalı olmuş Lando artıq tam sağaldığını bildirib.
AzVision.az xəbər verir ki, Britaniya komandasında Bakı şəhər trasında uik-endin səmərəli olacağına ümid edirlər.

Lando Norris deyib: “Bakıya gedəcəyimə görə sevinirəm! Daha bir şəhər trasında çıxış etmək çox xoşdur. Keçənilki yürüş göstərdi ki, hər şey ola bilər. Unikal trasda yeni nəslə aid maşınların özlərini necə göstərəcəyinə baxmaq çox maraqlıdır.

Mən Bakıda iki dəfə yarışmışam və hər iki halda xal qazanmışam. Ümidvaram ki, bu trendi davam etdirə biləcəyəm və bu il komandama xal gətirəcəyəm.

Əvvəlki həftəsonunda yürüş olmaması mənim istirahət etməyimə imkan verdi. İki gərgin həftədən sonra qüvvələrimi bərpa etmişəm. Növbəti mərhələlərdə nəyə nail ola biləcəyim çox maraqlıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti