Zelenski Rusiya ilə danışıqlar üçün şərtini açıqladı

   Zelenski Rusiya ilə danışıqlar üçün şərtini açıqladı
  07 İyun 2022    Oxunub:1696
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə sülh danışıqlarına hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə o, "Financial Times" nəşrinə müsahibəsində bəyan edib.

Ukrayna Prezidenti qeyd edib ki, qələbə döyüş meydanında əldə edilməlidir. O, həmçinin vurğulayıb ki, Rusiya ilə müharibədə dalana dirənmək seçim deyil.

Zelenski onu da söyləyib ki, Rusiya Federasiyası ilə danışıqlar yalnız fevralın 24-dən əvvəlki vəziyyətə qayıdış olarsa mümkündür.

AzVision.az


Teqlər:



Xəbər lenti