Son 30 ilin ən böyük silah ixracı müqaviləsi

 Son 30 ilin ən böyük silah ixracı müqaviləsi
  07 İyun 2022    Oxunub:1436
Polşa Ukraynaya 630 milyon dollar dəyərində silah ixrac edir. AzVision.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bildirib.
Onun sözlərinə görə, bu, son 30 ilin ən böyük silah ixracı müqavilələrindən biridir.

Baş nazir deyib ki, bu, yaxşı sınaqdan keçmiş silahdır, indi döyüş meydanında, çox güman ki, Ukraynanın şərqində lazımdır.

İndiyədək Polşa Ukraynaya bir neçə yüz tank, özüyeriyən haubitsa, minaatan, döyüş sursatı, pilotsuz təyyarələr, döyüş təyyarələri üçün ehtiyat hissələri və digər silahlar verib.

AzVision.az



Teqlər: Silah   Polşa   Ukrayna  



Xəbər lenti