Gürcüstan 500 erməni yük maşınını Rusiyaya buraxmır

 Gürcüstan   500 erməni yük maşınını  Rusiyaya buraxmır
  07 İyun 2022    Oxunub:1761
Ermənistandan Rusiyaya gedən 500-ə yaxın avtomobil Gürcüstanda müxtəlif ərazilərdə qalıb. AzVision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Saytlar Ermənistanın Gürcüstandakı konsulu Aren Arakelyandan sitat gətiriblər.
Gürcüstan yüzlərlə erməni maşınını sərhəddən buraxmır - VİDEO
İyunun 7-si saat 11:00-a olan məlumata görə, ağır yük maşınları Gürcüstan ərazisində qalmaqda davam edir. 280 yük maşını - Tbilisi dairəvi yolunda, 70-i Xaşuri istiqamətindədir. Gürcü tərəfi gecə saatlarında daha 150 yük maşınını Rusiya ilə sərhədə buraxıb, - Arakelyan deyib.

Qeyd edilir ki, may ayından bir neçə min yük maşını Gürcüstan ərazisində "ilişib" qalıb. Onlar Rusiyaya keçə bilmirlər. Həmin nəqliyyat vasitələrindən 1200-ə yaxını ermənilərə məxsus ağır yük maşınları olub. Bir sıra danışıqlardan sonra onların sayı əhəmiyyətli dərəcədə azaldılıb. İddia olunur ki, hazırda bir neçə yüz nəqliyyat vasitəsi məlum problemlə üz-üzədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Ermənistan   Rusiya   Sərhəd  



Xəbər lenti