Lavrov Türkiyəyə gedib

Lavrov Türkiyəyə gedib
  07 İyun 2022    Oxunub:948
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilir ki, sabah Rusiya XİN rəhbəri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

Nazirlər Ukrayna, Suriya, Liviya və Qarabağ nizamlanması, həmçinin Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti və digər beynəlxalq prosesləri müzakirə etməyi planlaşdırırlar.

AzVision.az



Teqlər: Türkiyə   Lavrov  



Xəbər lenti