Ukrayna Polşadan 700 milyon dollara 56 artilleriya qurğusu alır

   Ukrayna Polşadan    700 milyon dollara    56 artilleriya qurğusu alır
  07 İyun 2022    Oxunub:1522
Ukrayna Polşadan 56 özüyeriyən artilleriya qurğusu olan "AHS Krab" alacaq. Hansılar ki, artıq Varşava Kiyevə həmin silahdan 18-ni verib.
Son 30 ilin ən böyük silah ixracı müqaviləsi
AzVision.az xəbər verir ki, bu barədə Polşa nəşri olan "TVN24" məlumat yayıb.

Qeyd edilir ki, bununla bağlı müqavilənin dəyəri təxminən üç milyard zloti (təxminən 700 milyon dollar) təşkil edir. Ukrayna isə bu tip avadanlıqların ilk alan müştəri olub. Xərclər qismən Avropa İttifaqının, qismən də Ukrayna büdcəsi hesabına ödəniləcək.

Amma bir problem yaşanır ki, bu da sursat məsələsidir. Çünki Polşa sənayesi onları təkbaşına istehsal etmək iqtidarında deyil. Ümid edilir ki, ABŞ bu tip özüyeriyən silahlar üçün sursatların olmasını təmin edəcək.

Xatırladaq ki, Polşa hökuməti bu gün Ukraynaya silah tədarükü üçün son 30 ilin rekordu sayılacaq bir müqavilə imzaladıqlarını açıqlayıb. Ukrayna həmçinin Slovakiya ilə "Zuzana 2" özüyeriyən artilleriya silahının alınması üçün müqavilə imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Polşa   Artilleriya  



Xəbər lenti