Leysan Tiflis yaxınlığında selə səbəb oldu - VİDEO

   Leysan Tiflis yaxınlığında selə səbəb oldu -    VİDEO
  07 İyun 2022    Oxunub:1161
Gürcüstanda güclü yağış və dolu Mtsxeta vilayətinin Saquramo kəndinin sakinlərinə ciddi problemlər yaradıb. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Qeyd edilir ki, yolun hərəkət hissəsini su basıb, avtomobillərin hərəkəti əngəllənib.
Bundan başqa, güclü yağış yollarda selin yaranmasına səbəb olub.

Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə, artıq yolun təmizlənməsi istiqamətində işlər aparılır. Zərərçəkənlər barədə hələ ki, məlumat daxil olmayıb.
Sayt həmçinin kəndin paytaxt Tiflisdən cəmi 30 kilometr aralıda yerləşdiyini yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Tiflis   Sel  



Xəbər lenti