Nyu-Yorkda silah satışı sərtləşdirilir

   Nyu-Yorkda silah satışı sərtləşdirilir
  08 İyun 2022    Oxunub:1226
Nyu-York qubernatoru Keti Hokul son bir neçə həftə ərzində kütləvi insan tələfatı ilə nəticələnən atışmalardan sonra ştatın silah satışı ilə bağlı qaydaları sərtləşdirən qanunvericilik paketini imzalayıb.
Paketdə odlu silah alqı-satqısindakı boşluqların aradan qaldırılmasına dair məsələlər öz əksini tapıb. "Silah zorakılığı ölkəmizi parçalayan bir epidemiyadır. Nyu-Yorkda biz öz ştatımızın sakinlərini qorumaq üçün cəsarətli addımlar atırıq”, - deyə K. Hokul bildirib.

Paketə daxil edilən digər bir qanun layihəsi də silah almaq istəyən şəxslərin ən azı 21 yaşında olmasını tələb edir.

AzVision.az



Teqlər: Silah  



Xəbər lenti